Quşların pəncərəmə çırpılmasını necə dayandıra bilərəm?
ŞÜŞƏ İLƏ TOQQUŞMA
Tanış toqquşma səsi eşidərək, pəncərənizdə quş izini tapmaq üçün qaçmaq ürəksıxıcı bir hissdir.
Baharı hər il bağçanızda və ya eyvanınızda canlandırın!
Köçəri quşların gəlişi, həyatın sürətlə davam etdiyi zaman, fəsillərin dəyişilməsinə bir işarədir. Təbiətə çıxın, zövq alın və qarşılığında ona bir yaxşılıq edin.
Bağçanızı, eyvanınızı və ya məktəbinizi quşlara uyğun (quşların dostu) etmək üçün tövsiyələrimizi izləyin və sadə dəyişikliklər edin.
Vaxtınızın və yerinizin çox və ya az olmasından asılı olmayaraq, bağınızda quşlar üçün uyğun şərait yarada bilərsiniz.
Canlı Baharın köçəri quş növlərini görmək və onlara istirahət və qidalanmaq üçün şərait yaratmaqda şanslı ola bilərsiniz, bağçanızda çiçəklənən təbiət isə sizə mükafat olacaqdır.
Təsəvvür edin ki, bağçanız və ya eyvanınız təbiət qoruğudur, siz də nəzarətçisiniz.
Təsəvvür edin ki, hər kəs bağçasını buna uyğun etsə, quşlar və biomüxtəliflik nə qədər yaxşı olacaqdır!
Bunu edən kimi - bizimlə paylaşın - Canlı Bahardakı uğurlarınızı facebook və flickr səhifələrində göstərin və məlumat verin!
Sən şərait yarat, quşlar gələcək!
1. Quş qutusu quraşdırın!
Quş qutusunda sığırçın, foto A. Kogut |
Bugün bağların və evlərin əksəriyyətində quşların yuva qurması, yırtıcılardan və ya qışda soyuqdan qorunması üçün yer yoxdur. Fərqli quş növləri üçün fərqli yuva qutuları barədə məsləhət almaq üçün aşağıdakı linkləri izləyin.
İstiliyi əks etdirmək üçün qutunun xarici divarını ya təbii ağac ya da açıq rəngdə saxlayın və daxili divarları heç vaxt boyamayın.
http://www.springalive.net/world/springalive/nest-boxes
http://www.rspb.org.uk/Images/nestbox_tcm9-207414.pdf
http://www.rspb.org.uk/Images/Apple_bird_feeder_tcm9-166680.pd
2. Quşlar üçün bağçılıq
Məktəb həyətində quş üçün yer, foto K. Fura |
Çeşitlilik dərəcəsini artırın: çiçəkli bitkinin nə qədər çox növü olarsa, o qədər həşərat növü onlar ilə bəslənəcək və bağınıza daha çox quş cəlb edəcəksiniz! Bitki növlərinin ölkəniz üçün uyğun olmasına fikir verin!
Ot biçən qurğuya fasilə verin: otları uzadın, həşərat və quşları cəlb etmək üçün yabanı çiçəklərin qarışığını yayın.
Pestisidlərdən çəkinin: pestisidlər hər şeyi öldürür - ən yaxşısı quşları həşəratlar, böcəklər, kərtənkələlər, zərərverici həşəratlar və s. ilə təbii qidalandırmaqdır. Pestisidlər qida zəncirində və su sistemində toplanır və canlıları zəhərləyir...
Gələcəkdə quşlara kömək etmək üçün ağac və ya kol əkin. Məkanınıza uyğun hər şeyi, hətta eyvanda dibçəkdə sarmaşıq bitkisi əkin: əgər yuva qurmaq üçun uyğun olarsa və ya meyvə, giləmeyvə verə bilərsə, yanılmassınız!
Bağçanızı budamadan əvvəl yuvanın olub-olmamasını yoxlayın.
3. Daha çox su = daha çox canlılar = daha çox quş!
Bir hovuz qurun: bu, bağınızdakı vəhşi həyat üçün edə biləcəyiniz ən yaxşı işlərdən biridir.
Əgər hovuz praktik deyilsə, narahat olmayın, quşlar sadə quş hamamından istifadə etməyi sevirlər! Həftədə bir dəfə sərt fırça ilə təmizləyin və hər gün təmiz su ilə doldurun. Quş hamamının bir neçə sm dərinliyində və mailli olması lazımdır. Ətrafda pişiklər varsa, bir kürsüyə qaldırın!
Şəfəq bülbülü quş hamamında, foto B. Fraś |
4. Food!
Alma ilə qidalanma, foto I. Strzebońska |
Hamının təhlükəsiz və etibarlı bir qida mənbəyinə ehtiyacı var və bu quşlar üçün də eynidir!
Qidalandırma bağçanızdakı quşlara kömək etmək üçün sadə və səmərəli bir yoldur. Yorğun, yetkin fərdlər balalarını böyütdükdə və soyuqdan, sərt qışdan qorunduqda həqiqətən kömək edir.
/world/springalive/feeding-birds
Həmçinin bağçanızda və ərazinizdə quşların maraqlı, əyləncəli davranışlarını görüb, onları yaxından izləmək üçün əla bir yoldur.
Quşu çörəklə bəsləməyin! Köhnə xəmir xarab olur və quşlara zərər verə bilər. Ayrıca qidalanma ehtiyaclarını təmin etmədən, quşların mədələrini tez doldururlar.
Müxtəlif toxum, doğranmış qoz-fındıq, taxıl və doğranmış meyvələrdən istifadə edin. İdeal qidalar bunlardır: günəbaxan toxumları, toxum qarışıqları, piy qranulları, yulaf sıyığı və alma.
Quş üçün yem qabı alın və onları pişiklərin əli çatmayan yerə asın.
Qidalar yeyilmirsə, yeməyi mütəmadi olaraq dəyişdirin və xəstəlik yayılmasını dayandırmaq üçün qutuları təmizləyin.
Köhnə, təmiz plastik qab və ya alma içərisində bir quş yem qabı da edə bilərsiniz!
http://www.rspb.org.uk/discoverandenjoynature/families/children/makeanddo/activities/birdfeeder.aspx
5. Ev yırtıcılarının qarşısını al
Ev heyvanlarınızı idarə edin! Pişiklər quşların və onların balalarının böyük qatilləridir, buna görə quş qutuları və yem qabları quraşdırarkən bunu nəzərə alın. Pişiklərinizi quş yuvalarından uzaq saxlayın!
6. Tullantıları təmizləyin
Quşlar plastik torbalara, simli və digər tullantılara dolaşa bilər - bu isə xəsarət, ölüm və ya asan tutulmaqla nəticələnir. Quşlar, yemək olduqlarını düşünərək, xırda plastik parçaları yeyə bilər. Tullantı hissələri quş balalarını öldürə bilər. Buna görə ərazinizdəki zibili təmizləyin!
7. Pəncərə!
Quşların pəncərələrinizə dəyib xəsarət almaması üçün pəncərəyə stikerlər və rəng zolaqları yapışdırın və ya bəzək asın. Pəncərəyə yapışan quş yemləri də ala bilərsiniz!
/world/springalive/birds-and-windows
Dam sərçələr qazon üzərində qidalanır, foto M. Radziszewski |
Həşəratları cəlb edən, şirin iyli lavanda kimi, xoş ətirli bitkilər əkin
Pəncərələrə yapışan quş yemləri alın
Kiçik quşu su mənbəyi ilə təmin edin
Birgə bağları quşlar üçün əlverişli etmək üçün qonşularla birlikdə qruplaşın
http://www.rspb.org.uk/makeahomeforwildlife/.../planting/tubs.aspx
http://www.rspb.org.uk/hfw/about/casestudies/balcony.aspx
İllərdir istifadə etdikləri yuva yerlərinin dağıdılması səbəbiylə uzunqanadlar çətinlik çəkir. Müasir tikinti texnologiyaları, evlərin təmiri və hətta uzunqanadların istifadə etdiyi köhnə çatlar və yarıqları aradan qaldıran söküntülər səbəbindən, getməyə yerləri yoxdur.
Uzunqanadların ildən-ilə eyni yuvaya dönməsini nəzərə alaraq, evinizin divarına quş qutusu quraşdıraraq bu uzaq köçərilərə yaxşı kömək edə bilərsiniz.
http://www.rspb.org.uk/discoverandenjoynature/discoverandlearn/birdguide/name/s/swift/grounded.aspx
http://www.swift-conservation.org/Installing%20Swift%20Nest%20Boxes%202013%20(small).pdf
http://www.swift-conservation.org/EuropeHelp.htm
Kiçik çuxurlar (50 mm hündürlükdə və 200 mm genişlikdə, qarajınızın altında, anbar damınızın altında; pəncərə və ya qapını açıq qoyun), qaranlıqda girə bilmək və yuva qurmaq üçün bir rəf və ya platforma düzəldin. Qaranquşlar çox kiçik bir çuxurdan binaya girə bilər və çox az işığa ehtiyac duyarlar.
Avropanın və Afrikanın cənubunda yaşayırsınızsa, arıları və kəpənəkləri cəlb etmək üçün çox sayda yerli çiçək növü əkin!
Meşə zövzəyi və Şəfəq bülbülü kimi növlərə yuva qurmağa kömək etməklə Ququ quşuna yardım etmiş olarsınız (onların yuvasına yumurtalarını qoyur). Balımcıq, gicitkən, söyüd - bunların hamısı tırtıllar üçün yaxşıdır, onları isə Ququ quşları sevir.
Leylək ilbəil eyni yuvaya qayıdır. Evinizin ətrafında bir yuva qurubsa, plastik və iplərdən yuvanı təmizləməyin. Ətrafdakı zibili yığın ki, yuvalarında ondan istifadə etməsinlər.
/world/springalive/cleaning-surroundings-of-storks-nests
Tanış toqquşma səsi eşidərək, pəncərənizdə quş izini tapmaq üçün qaçmaq ürəksıxıcı bir hissdir.
Quş müşahidəsinin nə qədər əyləncəli ola biləcəyini eşitmisiniz və ilk dəfədən sonra bu işi sevib, davam etdirmək istəyirsiz. Lakin tələsməyin! Əvvəlcə bilməli olduğunuz bəzi vacib tövsiyyələr var.
Kənd qaranquşları dünyanın ən geniş yayılmış və tanınan quşlarından biridir. Gəlin onlarla tanış olaq! :)
Quş balasını yerdə görürük və onun tək, köməksiz, kiçik, üşüyən, sevimli və tüklü olduğunu düşünürük ... onu xilas etmək istəyinə qarşı çıxmaq çətindir.
Ən tanınan, geniş yayılmış köçəri quşlarımızın bəziləri təhlükədədir. Məsələn, bugün uşaqlar ququ quşunun səsini valideynlərindən az, nənə və babalarından isə daha az eşidirlər.
İlin doğru vaxtında lazımi qidanı yerləşdirməklə, quşlar üçün təbii qidaların qıt olduğu dövrlərdə yaşamağa, həmçinin yaxşı vəziyyətdə qalmağa və yazda çoxalmağa hazır olmağa kömək edə bilərsiniz. Bunun müqabilində isə bağçanıza yem üçün gələn quşların gözəl mənzərəsini əldə edəcəksiniz.
Vəhşi təbiətə vurulan zərərdən narahatsınız, ancaq bu barədə nə edəcəyinizi bilmirsiniz? Bəlkə təbiətdən zövq almaq üçün ən sevimli yeriniz var və qorunduğundan əmin olmaq istəyirsiniz?
Put simply, citizen science is scientific research conducted by people who are not professional scientists. Some of the biggest discoveries in the world have been made by people without official scientific qualifications or funding.
Leyləklər yuvaları üçün materiallar toplayarkən təhlükəli ola biləcəyini bilmədən müxtəlif tullantı əşyaları gətirə bilərlər.
Bir çox quş ağac oyuqlarında yuva qurur. Ancaq müasir meşəçilik üsulları və şəhərlərdə təhlükəsizlik baxımından köhnə ağacların kəsilməsi, quşların yuva qura biləcəyi oyuqlar olan ağacların daha az olması deməkdir.