YAŞADIĞINIZ ƏRAZİ ÜÇÜN TƏŞVİQAT

Vəhşi təbiətə vurulan zərərdən narahatsınız, ancaq bu barədə nə edəcəyinizi bilmirsiniz? Bəlkə təbiətdən zövq almaq üçün ən sevimli yeriniz var və qorunduğundan əmin olmaq istəyirsiniz?

Threats and hazards to migrating birds
Foto – Cezary Korkosz

Vəhşi təbiətə vurulan zərərdən narahatsınız, ancaq bu barədə nə edəcəyinizi bilmirsiniz? Bəlkə təbiətdən zövq almaq üçün ən sevimli yeriniz var və qorunduğundan əmin olmaq istəyirsiniz?

Yerli bilikləriniz tez-tez bir dəyişiklik etmək üçün mükəmməl vəziyyətdə olduğunuz deməkdir. Ediləcək ilk şey öz özlkənizin BirdLife Partner-na (AOC) yaşadığınız ərazi üçün təhlükə barədə məlumat verməyinizdir.

Yaşadığınız ərazi üçün artıq təşviqat işləri aparan yerli qrupun olduğunu görə bilərsiniz. Əgər yoxsa, öz BirdLife (AOC) tərəfdaşınıza kömək edə bilər və ya edə biləcək digər insanlar və təşkilatlarla əlaqə qura bilərsiniz.

Baş verənləri yerli qəzetinizə və ya radio stansiyanıza bildirin. Facebook səhifənizdə bir yazı paylaşın və dostlarınızdan bu yazını paylaşmağı xahiş edin. Bir çox digər insanlar, sizin kimi yaşadığınız ərazi ilə  maraqlana bilər və xəbəri eşitdikdən sonra işə qoşulmaqdan məmnun olacaqlar.

Yerli icra bu işdə maraqlı olacaq, ona görə onlara niyə həmin yerin qorunması lazım olduğu haqqında bildirin!

Təhlükə zibil tökülməsindən və ya ovlanmaqdan, tələyə düşməkdən qaynaqlanırsa, bu qanunsuz ola bilər, buna görə yerli hakimiyyətə və ya polisə bu barədə məlumat verin və onlar bunun qarşısını ala bilərlər.

İnsanların gücü təbiəti xilas edə bilər

Son illərdə insanlar quşlar və digər canlılar üçün vacib olan bir çox yerləri zərərli təsirlərdən xilas edə bildilər.

Polşanın şimal-şərqindəki Rospuda Vadisi Avropanın son vəhşi təbiətinə malik ərazilərindən biridir. Qədim torf bataqlıqlarının, su bataqlıqlarının və ibtidai meşələrin sahəsi olan bu ərazi, qurd və qunduz, Ağquyruq qartal və Boz durna və Civdimdik kimi növlər üçün vacib bir sığınacaqdır.

1996-cı ildə bir qrup fəal, Polşanın şimal-şərqində Augustov şəhəri ətrafında birbaşa Rospuda Vadisindən keçəcək bir yol çəkmək planlarını elan etdilər.

Bu təklif kütlənin etirazına səbəb oldu və Polşa Quşların Mühafizəsi Cəmiyyətləri (Polşadakı OTOP / BirdLife) arasında əsas olan yerli ətraf təşviqatçı və təşkilatların bir koalisiyasını meydana gətirdi. Rospudanı qorumaq üçün geniş bir təşviqat işləri başlatdılar və çox keçmədən Polşada minlərlə insan dəstəyini göstərmək üçün yaşıl lent geydi.

OTOP və koalisiya hökumətə təzyiqləri davam etdirdi. Uzun illər davam edən təşviqat və qanuni mübahisədən sonra, 2009-cu ilə qədər, hökumət Rospuda Vadisi -  Augustóv şəhəri yaxınlığında yolun qurulmasını qadağan etdi.

 

Maltada könüllülər, köçəri quşların qanunsuz ovlanmasının qarşısını almaqda səy göstərən vacib  bir kütlədir. Hər il BirdLife Malta iki təbiəti qoruyan düşərgə təşkil edir: aprel ayında yaz müşahidə düşərgəsi və sentyabrda yırtıcı quşlar üçün düşərgə.

Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, İspaniya, Danimarka və Finlandiya daxil olmaqla bir çox ölkədən könüllülər, polisə qanunsuz fəaliyyətlər barədə məlumat verməklə quşların miqrasiyasını izləmək və qanunsuz ova maneə törətmək üçün gəlirlər.


Cənubi Afrikadakı Vokerstrum ətrafındakı bataqlıq nadir durna və köçəri yırtıcı quşlar da daxil olmaqla yüzlərlə quş növü üçün vacibdir. Ərazi eyni zamanda Afrikanın cənubundakı əsas çay sistemlərinin mənbəyidir.

2008-ci ildə ərazi açıq kömür mədəni üçün bir planla təhdid edildi. Cənubi Afrikadakı BirdLife təşkilatı, yerli quş klubları şəbəkəsi ilə, ictimai şüurun artırılması, məhkəmə sisteminə və hökumətə lobbiçilik etmək üçün yorulmadan çalışan bir qrup QHT-ni yaratdı.

2010-cu ildə kömür şirkəti nəinki irəli sürdüyü planı geri çəkdi, həm də QHT qrupuna xərcləri və itirdiyi vaxt üçün ödəniş etdi.


Other Themes

Quşların pəncərəmə çırpılmasını necə dayandıra bilərəm?

ŞÜŞƏ İLƏ TOQQUŞMA

Tanış toqquşma səsi eşidərək, pəncərənizdə quş izini tapmaq üçün qaçmaq ürəksıxıcı bir hissdir.

Learn more

Yaxşı quş müşahidəçisi olmaq üçün ən yaxşı 10 məsləhətimiz

YAXŞI QUŞ MÜŞAHİDƏÇİSİ NECƏ OLMALI

Quş müşahidəsinin nə qədər əyləncəli ola biləcəyini eşitmisiniz və ilk dəfədən sonra bu işi sevib, davam etdirmək istəyirsiz. Lakin tələsməyin! Əvvəlcə bilməli olduğunuz bəzi vacib tövsiyyələr var.

Learn more

Kənd qaranquşları dünyanın ən geniş yayılmış və tanınan quşlarından biridir.

QONŞULUĞUMDAKI QARANQUŞLAR

Kənd qaranquşları dünyanın ən geniş yayılmış və tanınan quşlarından biridir. Gəlin onlarla tanış olaq! :)

Learn more

Quş balasını yerdə görürük və onun tək, köməksiz, kiçik, üşüyən, sevimli və tüklü olduğunu düşünürük

BALA QUŞ TAPMIŞAM! NƏ ETMƏLİYƏM?

Quş balasını yerdə görürük və onun tək, köməksiz, kiçik, üşüyən, sevimli və tüklü olduğunu düşünürük ... onu xilas etmək istəyinə qarşı çıxmaq çətindir.

Learn more

Ən tanınan, geniş yayılmış köçəri quşlarımızın bəziləri təhlükədədir.

KÖÇƏRİ QUŞLARA MANEƏ VƏ TƏHLÜKƏLƏR

Ən tanınan, geniş yayılmış köçəri quşlarımızın bəziləri təhlükədədir. Məsələn, bugün uşaqlar ququ quşunun səsini valideynlərindən az, nənə və babalarından isə daha az eşidirlər.

Learn more

İlin doğru vaxtında lazımi qidanı yerləşdirməklə, quşlar üçün təbii qidaların qıt olduğu dövrlərdə

QİDA QITLIĞI ZAMANI QUŞLARI QİDALANDIRMAQ

İlin doğru vaxtında lazımi qidanı yerləşdirməklə, quşlar üçün təbii qidaların qıt olduğu dövrlərdə yaşamağa, həmçinin yaxşı vəziyyətdə qalmağa və yazda çoxalmağa hazır olmağa kömək edə bilərsiniz. Bunun müqabilində isə bağçanıza yem üçün gələn quşların gözəl mənzərəsini əldə edəcəksiniz.

Learn more

Baharı hər il bağçanızda və ya eyvanınızda canlandırın!

QUŞLARA-DOST BAĞÇA/EYVAN

Baharı hər il bağçanızda və ya eyvanınızda canlandırın! Köçəri quşların gəlişi, həyatın sürətlə davam etdiyi zaman, fəsillərin dəyişilməsinə bir işarədir. Təbiətə çıxın, zövq alın və qarşılığında ona bir yaxşılıq edin.

Learn more

CITIZEN SCIENCE FOR BIRDS

Put simply, citizen science is scientific research conducted by people who are not professional scientists. Some of the biggest discoveries in the world have been made by people without official scientific qualifications or funding.

Learn more

Leyləklər yuvaları üçün materiallar toplayarkən təhlükəli ola biləcəyini bilmədən müxtəlif

LEYLƏK YUVALARININ ƏTRAFINI TƏMİZLƏMƏK

Leyləklər yuvaları üçün materiallar toplayarkən təhlükəli ola biləcəyini bilmədən müxtəlif tullantı əşyaları gətirə bilərlər.

Learn more

Bir çox quş ağac oyuqlarında yuva qurur.

YUVA QUTULARI

Bir çox quş ağac oyuqlarında yuva qurur. Ancaq müasir meşəçilik üsulları və şəhərlərdə təhlükəsizlik baxımından köhnə ağacların kəsilməsi, quşların yuva qura biləcəyi oyuqlar olan ağacların daha az olması deməkdir.

Learn more

Other Spring Alive websites