YAXŞI QUŞ MÜŞAHİDƏÇİSİ NECƏ OLMALI

Quş müşahidəsinin nə qədər əyləncəli ola biləcəyini eşitmisiniz və ilk dəfədən sonra bu işi sevib, davam etdirmək istəyirsiz. Lakin tələsməyin! Əvvəlcə bilməli olduğunuz bəzi vacib tövsiyyələr var.

Yaxşı quş müşahidəçisi olmaq üçün ən yaxşı 10 məsləhətimiz

Quş müşahidəsinin nə qədər əyləncəli ola biləcəyini eşitmisiniz və ilk dəfədən sonra bu işi sevib, davam etdirmək istəyirsiz. Lakin tələsməyin! Əvvəlcə bilməli olduğunuz bəzi vacib tövsiyyələr var. Bu tövsiyyələr sizə yaxşı vaxt keçirməyə, təhlükəsiz qalmağa və quşlara qarşı diqqətli olmağa kömək edəcəkdir. Gəlin başlayaq…
1. Uyğun geyim
Kostyum və qalstukla tennis oynadığınızı təsəvvür edin. Olduqca qəribə görünər, elə deyilmi? Hər bir fəaliyyətin uyğun geyimi var və quş müşahidəsi də istisna deyil. Quşları qorxutmamaq üçün tünd, kamuflyaj rəngli geyimlərə üstünlük verin. Hava şəraitinin necə olmasından asılı olmayaraq, özünüzlə isti, quru və günəşdən qoruyan paltar götürün. Belə olduğu halda quşları uzun müddət heyranlıqla müşahidə edə bilərsiniz.
 

photo1Düzgün geyim həm də rahatlıqdır. © Tomasz Wilk

2. Çantanızı quş müşahidəsi üçün hazırlayın

Yaxşı quş müşahidəçisi çantasındakı bu əsas əşyalar olmadan evi tərk etməməli: binokl (durbin), qeydiyyat aparmaq üçün qələm və kağız və quş təyinedicisi. Azərbaycan dilində yeganə təyinedici Azərbaycan Ornitoloji Cəmiyyəti tərəfindən nəşr edilib, (xüsusən çöl şəraiti üçün olan formatda) onu almaq üçün www.aos.az vebsaytında məlumat tapa bilər və ya +994503161651 nömrəsi ilə əlaqə saxlaya bilərsiz. Quş bələdçilərinin istifadə etdiyi sözləri və ifadələri öyrəndiyinizə əmin olun: bu quşları identifikasiya etməyi asanlaşdırır. İçkilər və qəlyanaltılar gətirməyi unutmayın, bu işdə susuzluq çox olur. Özünüzlə kamera da götürə bilərsiniz.

 

3. Quşları narahat etməyin

Təsəvvür edin ki, siz İngiltərədən Anqolaya 8000 kilometr məsafə qət etmiş adi bir ququ quşusuz. Siz  həşərat tapmaq, yemək və istirahət etmək ümidilə budağa qonursuz. Birdən, bir qrup insan sizə tərəf yönəlir. Aman! Yırtıcılar! Yorğun qanadlarınızı açaraq, ac halda yenidən uçursunuz.
Quşları seyr etmək hər nə qədər əyləncəli olsa da, quşların təhlükəsizliyinin və rahatlığının birinci yerdə olduğunu unutmayın. Quşları qorxudaraq onların qidalanmasına, çoxalmasına və istirahətinə mane oluruq. Buna görə yavaş-yavaş gəzin, səssiz danışın, telefonunuzu səssizə qoyun və hər şeydən əvvəl onlara çox yaxınlaşmayın – binokldan istifadə edin! Edəcəyiniz ən faydalı iş, yaxşı bir yer tapmaq, səbirli olmaq və quşların yaxına gəlməsini gözləməkdir.

photo2

Səbrli və səssiz olsanız, quşlar yaxınlığa gələcək. © Cezary Korkosz

4. Yuvalara toxunmayın, narahat etməyin

İstənilən valideyn körpələrə baxmağın necə çətin iş olduğunu deyə bilər. Quşların çoxalma ərazilərinə gəldikdə məsafənizi qorumaq xüsusilə vacibdir. Yuvanı narahat etmək valideynlərin uçmasına səbəb ola bilər, bu isə balaların ac qalması və yırtıcılara yem olmasına gətirib çıxarar. Yuvanın yanında çox uzun müddət qalsanız, valideymlər ehtiyat edərək yuvanı birdəfəlik tərk edə bilər. Yuvaya rast gələn zaman edə biləcəyiniz ən yaxşı şey sakitcə uzaqlaşmaqdır.

5. Quşları müşahidə etmək üçün xüsusi gizlənmə tikililərindən istifadə edin

Quş müşahidə üçün qüllələr və digər gizlənmək üçün tikililər, mövcudluğunuzu bildirmədən quşların gözəl mənzərəsini seyr etməyə imkan verəcək. Həm də günəşdən gizlənmək və ya küləkli, yağışlı günlərdə isti şokolad əlinizdə müşahidə etmək üçün əla yerdir. Azərbaycanda yeganə quş müşahidə estakadası Şirvan Milli Parkında yerləşir. Oraya quş müşahidəsi üçün gedəndə bu qüllədən istifadə etsəniz çox əverişili olar.

photo3photo4
Not only provide hides peace for birds but also shelter for birdwatchers. © Jarosław Wrosz

6. Xarici ölkədə quş müşahidəsi aparanda ölkənin qanunlarına əməl edin

Dostunuzun evinə axşam yeməyi üçün və ya quş müşahidəsi üçün hər hansı yerə getməyinizdən asılı olmayaraq yaxşı qonaq olmaq həmişə vacibdir. Ziyarət etdiyiniz torpaqların vətandaşlarına diqqətli olmağı unutmayın. Əgər quş müşahidəçisi haqqında mənfi fikir buraxmaq istəmirsinizsə, olduğunuz yerin qaydalarına mütləq əməl edin!

7. Heç bir iz qoyma

Bu şüarı əsas tutun: "heç nə götürməyin və heç nə qoymayın". Heç vaxt ətrafı zibilləməyin,  bitki örtüyünü tapdalamayın və qırmayın, əks halda müşahidə etməyə çalışdığınız quşların evlərinə ziyan vura bilərsiniz.

8. Quşlar yoxdu? Problem deyil!

Təcrübəli quş müşahidəçilərinin də pis günləri olur. Belə olduqda ruhdan düşməyin. Bunun əvəzinə, daxili detektivinizi ortaya qoyun və quşların geridə qoyduğu ipuclarını axtarın: ayaq izləri, lələklər, hətta qida qalıqları. Quşun pərdəli ayaq izi varsa harada yaşaya bilər? Niyə qırılan ilbiz qabıqları ətrafa səpələnmişdir?
Alternativ olaraq, baxmaqdan daha çox qulaq asmağa çalışın. Quşların nəğməsini eşidirsinizmi? Əgər eşidirsinizsə, nəğmənin - sürətli, yavaş, yüksək, aşağı olmasını təyin edin və bununla növü tanıyın. Hansı quşa aid olduğunu təxmin edə bilərsiniz? Quş nəğməsini təyin etməyə kömək edən çox sayda telefon və kompyüter proqramları var, bunun köməyi ilə, hamısını özünüz edə bilərsiniz.

photo5
Your birdfeeder can provide plenty of opportunities for enjoying birdwatching. © Shay Connolly

9. Quşlar yoxdu? Problem deyil!

Təcrübəli quş müşahidəçilərinin də pis günləri olur. Belə olduqda ruhdan düşməyin. Bunun əvəzinə, daxili detektivinizi ortaya qoyun və quşların geridə qoyduğu ipuclarını axtarın: ayaq izləri, lələklər, hətta qida qalıqları. Quşun pərdəli ayaq izi varsa harada yaşaya bilər? Niyə qırılan ilbiz qabıqları ətrafa səpələnmişdir?
Alternativ olaraq, baxmaqdan daha çox qulaq asmağa çalışın. Quşların nəğməsini eşidirsinizmi? Əgər eşidirsinizsə, nəğmənin - sürətli, yavaş, yüksək, aşağı olmasını təyin edin və bununla növü tanıyın. Hansı quşa aid olduğunu təxmin edə bilərsiniz? Quş nəğməsini təyin etməyə kömək edən çox sayda telefon və kompyüter proqramları var, bunun köməyi ilə, hamısını özünüz edə bilərsiniz.
Bir dəfə quşları seyr etməyə can atdığınızda nələrə diqqət etməli olduğunuzu yoxlayın

10. Təbiətə olan sevgini yaymaq!

Əlinizdə binokl və quş təyinedicisi olduğu zaman, ətrafdakı insanlar nə etdiyinizlə maraqlana bilərlər. Quş müşahidəsi üçün bir vasitəçi olun: ən maraqlı müşahidənizi onlarla bölüşməyə və izah etməyə vaxt ayırın. Onları  quş müşahidəçisi olmağa ruhlandıra bilərsiniz! Həm də quş müşahidəçi dostlarınızla  da mehriban olun – onların da bir sıra maraqlı məsləhətləri və bilikləri ola bilər. Nə qədər dostların çevrəsini çoxaltsanız, quş müşahidəçilərin sıraları daha zəngin və daha canlı olacaq, təbiətə olan sevgini və hörməti bütün dünyaya yaymağa kömək edəcəkdir.

photo6
Good birdwatching brings sheer joy © Seydou Nacro


Other Themes

Quşların pəncərəmə çırpılmasını necə dayandıra bilərəm?

ŞÜŞƏ İLƏ TOQQUŞMA

Tanış toqquşma səsi eşidərək, pəncərənizdə quş izini tapmaq üçün qaçmaq ürəksıxıcı bir hissdir.

Learn more

Kənd qaranquşları dünyanın ən geniş yayılmış və tanınan quşlarından biridir.

QONŞULUĞUMDAKI QARANQUŞLAR

Kənd qaranquşları dünyanın ən geniş yayılmış və tanınan quşlarından biridir. Gəlin onlarla tanış olaq! :)

Learn more

Quş balasını yerdə görürük və onun tək, köməksiz, kiçik, üşüyən, sevimli və tüklü olduğunu düşünürük

BALA QUŞ TAPMIŞAM! NƏ ETMƏLİYƏM?

Quş balasını yerdə görürük və onun tək, köməksiz, kiçik, üşüyən, sevimli və tüklü olduğunu düşünürük ... onu xilas etmək istəyinə qarşı çıxmaq çətindir.

Learn more

Ən tanınan, geniş yayılmış köçəri quşlarımızın bəziləri təhlükədədir.

KÖÇƏRİ QUŞLARA MANEƏ VƏ TƏHLÜKƏLƏR

Ən tanınan, geniş yayılmış köçəri quşlarımızın bəziləri təhlükədədir. Məsələn, bugün uşaqlar ququ quşunun səsini valideynlərindən az, nənə və babalarından isə daha az eşidirlər.

Learn more

İlin doğru vaxtında lazımi qidanı yerləşdirməklə, quşlar üçün təbii qidaların qıt olduğu dövrlərdə

QİDA QITLIĞI ZAMANI QUŞLARI QİDALANDIRMAQ

İlin doğru vaxtında lazımi qidanı yerləşdirməklə, quşlar üçün təbii qidaların qıt olduğu dövrlərdə yaşamağa, həmçinin yaxşı vəziyyətdə qalmağa və yazda çoxalmağa hazır olmağa kömək edə bilərsiniz. Bunun müqabilində isə bağçanıza yem üçün gələn quşların gözəl mənzərəsini əldə edəcəksiniz.

Learn more

Baharı hər il bağçanızda və ya eyvanınızda canlandırın!

QUŞLARA-DOST BAĞÇA/EYVAN

Baharı hər il bağçanızda və ya eyvanınızda canlandırın! Köçəri quşların gəlişi, həyatın sürətlə davam etdiyi zaman, fəsillərin dəyişilməsinə bir işarədir. Təbiətə çıxın, zövq alın və qarşılığında ona bir yaxşılıq edin.

Learn more

Vəhşi təbiətə vurulan zərərdən narahatsınız, ancaq bu barədə nə edəcəyinizi bilmirsiniz?

YAŞADIĞINIZ ƏRAZİ ÜÇÜN TƏŞVİQAT

Vəhşi təbiətə vurulan zərərdən narahatsınız, ancaq bu barədə nə edəcəyinizi bilmirsiniz? Bəlkə təbiətdən zövq almaq üçün ən sevimli yeriniz var və qorunduğundan əmin olmaq istəyirsiniz?

Learn more

CITIZEN SCIENCE FOR BIRDS

Put simply, citizen science is scientific research conducted by people who are not professional scientists. Some of the biggest discoveries in the world have been made by people without official scientific qualifications or funding.

Learn more

Leyləklər yuvaları üçün materiallar toplayarkən təhlükəli ola biləcəyini bilmədən müxtəlif

LEYLƏK YUVALARININ ƏTRAFINI TƏMİZLƏMƏK

Leyləklər yuvaları üçün materiallar toplayarkən təhlükəli ola biləcəyini bilmədən müxtəlif tullantı əşyaları gətirə bilərlər.

Learn more

Bir çox quş ağac oyuqlarında yuva qurur.

YUVA QUTULARI

Bir çox quş ağac oyuqlarında yuva qurur. Ancaq müasir meşəçilik üsulları və şəhərlərdə təhlükəsizlik baxımından köhnə ağacların kəsilməsi, quşların yuva qura biləcəyi oyuqlar olan ağacların daha az olması deməkdir.

Learn more

Other Spring Alive websites