Tanış toqquşma səsi eşidərək, pəncərənizdə quş izini tapmaq üçün qaçmaq ürəksıxıcı bir hissdir.
Tanış toqquşma səsi eşidərək, pəncərənizdə quş izini tapmaq üçün qaçmaq ürəksıxıcı bir hissdir. Bəzən quş zərbədən yalnız çaşqın olur və ertəsi günə qədər özünə gəlir. Ancaq bəzən belə olmur. Həyatınızda bununla yalnız bir və ya iki dəfə qarşılaşmış ola bilərsiniz, ancaq dünyada milyardlarla pəncərə ilə baş verən bu cür hal əhəmiyyətli bir təhlükə yaradır.
Quşlar pəncərələrə niyə çırpılır?
Quşların son dərəcə geniş baxış bucağı var - bəzən tam 360 dərəcə görməsi var, bu yaxınlaşan yırtıcılar və ya yoldaşlarını aşkar etmək üçün olduqca faydalıdır. Ancaq bu, onların görmə qabiliyyətinin nisbətən kiçik bir sahəsinin hər iki gözlə örtüldüyünü, birbaşa səhnənin önündəki mənzərəni cəmləşdirməyi çətinləşdirdiyini bildirir. Buna görə şüşə görünməz görünür və ya uça biləcəyinə inandıqları açıq mənzərələri əks etdirir.
Şüşə, quşların uça biləcəyini düşündüyü açıq mənzərəni əks etdirir. Foto: Ewa Zyśk-Gorczyńska
Böyük, düz, davamlı şüşənin sahələri ən təhlükəlidir, ancaq hər hansı bir şəffaf şüşə də quşlar üçün təhlükə ola bilər.
Daha bir təhlükəli məsələ, qeyri-təbii işıqdır. Bu xüsusilə gecə köç edən quşlar üçün təhlükəlidir. Bu quşlar süni işıqla çaşdırılaraq yollarını itirə bilər və ya ona tərəf uçub şüşə ilə toqquşa bilər.
“Mayak effekti ”- quşlar üçün ölümcül bir təhlükədir, foto Ewa Zyśk - Gorczyńska
Tədqiqatlar köçəri quş növlərinin, yerlilərə nisbətən şüşəyə toqquşma ehtimalının daha yüksək olduğunu göstərdi. Bunun səbəbi, yerli quşların şüşə konstruksiyaların yerini öyrənə və onlardan qaça bilməsi, köçəri quşlara isə az tanış olmasıdır.
Hətta normal bir pəncərə quş üçün təhlükədir, müəllif hüquqları: Ewa Zyśk - Gorczyńska
Kömək üçün nə edə bilərəm?
Xoşbəxtlikdən, quşların toqquşmasının qarşısını almaq çox sadədir. Etməyiniz lazım olan şey, quşların uçuş yolunda bir şey olduğunu göstərmək üçün şüşələrə stikerlər qoymaq və ya şəkillər çəkməkdir. Yaradıcı ol!
Quş toqquşmasının əlaməti, foto Ewa Zyśk-Gorczyńska
Ən yaxşı pəncərə stikerini necə etmək olar?
Parlaq rənglərdən istifadə edin: bunlar pəncərənin fonunda fərqlənəcəkdir. Qırmızı və narıncı rəng quşlar üçün ən çox göz qamaşdıran rənglərdir.
Stikerləri bir-birinə yaxın qoyun: quşlar budaqlar arasındakı boşluqlar kimi çox kiçik boşluqlardan uçmaq üçün istifadə edir. Buna görə stikerlərin bir-birindən 10-15 santimetr məsafədə yerləşdirilməsini məsləhət görürük.
Əgər edə bilsəniz, stikerlərinizi içəridən deyil, şüşənin çöl tərəfindən vurun, bu cür daha yaxşı görünəcəklər.
Qara stikerlər quşlara görünür: bu yanlışdır. Pəncərələr tez-tez kənardan qaranlıq görünür, buna görə qara stikerlər kifayət qədər kontrast yaratmır. Əslində, quş toqquşmasının izləri çox vaxt qara stikerlərin yanında tapılıb.
Yırtıcı quşlar şəklində yapışqanlar kiçik quşları qorxudacaq: yaxşı bir fikir kimi səslənir, amma təəssüf ki, bu özünü doğrultmayıb.
.
Yırtıcı quşlarına bənzər stiker özünü doğrultmadı; müəllif hüquqları: Szklane pułapki www.szklanepulapki.pl
Pəncərə stikerləri çirkindir: Heç də elə deyil! Sınaya biləcəyiniz saysız-hesabsız müxtəlif dizaynlar var: məktəblər hətta ən gözəl bəzədilmiş yerli avtobus dayanacağını yaratmaq üçün yarışlar keçiriblər.
Pəncərə stikerləri heç də çirkin deyil: Foto: Petra Holestova
Quşların toqquşmasının qarşısını almaq üçün edə biləcəyiniz digər işlər
Pərdələr və ya jalüzlərdən istifadə edin, onlar da işıq keçirir, eyni zamanda pəncərələrinizi quşlara görünən hala gətirirlər. Evdən çıxdığınız zaman pərdə və jalüzləri bağladığınızdan əmin olun.
Ehtiyacınız olmadığı zaman işıqlarınızı söndürün - ətraf mühitə (və çantanıza) bu nəinki yaxşıdır, həm də gecə quşlarının çaşqın olmasının və şüşəyə dəyməsinin qarşısını alır..
Əgər quş artıq pəncərənizə çırpılıb, hərəkətsiz yatırsa, ölü olmaya bilər, sadəcə çaşqınlıqdadır. Onu bir saatlıq qaranlıq bir qutuya sakitləşənə kimi qoyun, bu ona yenidən uçmaq üçün yetərlidir.
GƏLİN ŞÜŞƏLƏRİ QUŞLAR ÜÇÜN UYĞUN EDƏK!
Müəllif hüquqları: CSO (BirdLife Czech Republic)
Quş toqquşması haqqında daha çox bilmək istəyirsinizsə, bu linkə vurun: www.flap.org. Orada problemin həll yolları haqqında geniş məlumat tapacaqsınız.
Other Themes
Yaxşı quş müşahidəçisi olmaq üçün ən yaxşı 10 məsləhətimiz
YAXŞI QUŞ MÜŞAHİDƏÇİSİ NECƏ OLMALI
Quş müşahidəsinin nə qədər əyləncəli ola biləcəyini eşitmisiniz və ilk dəfədən sonra bu işi sevib, davam etdirmək istəyirsiz. Lakin tələsməyin! Əvvəlcə bilməli olduğunuz bəzi vacib tövsiyyələr var.
Quş balasını yerdə görürük və onun tək, köməksiz, kiçik, üşüyən, sevimli və tüklü olduğunu düşünürük
BALA QUŞ TAPMIŞAM! NƏ ETMƏLİYƏM?
Quş balasını yerdə görürük və onun tək, köməksiz, kiçik, üşüyən, sevimli və tüklü olduğunu düşünürük ... onu xilas etmək istəyinə qarşı çıxmaq çətindir.
Ən tanınan, geniş yayılmış köçəri quşlarımızın bəziləri təhlükədədir.
KÖÇƏRİ QUŞLARA MANEƏ VƏ TƏHLÜKƏLƏR
Ən tanınan, geniş yayılmış köçəri quşlarımızın bəziləri təhlükədədir. Məsələn, bugün uşaqlar ququ quşunun səsini valideynlərindən az, nənə və babalarından isə daha az eşidirlər.
İlin doğru vaxtında lazımi qidanı yerləşdirməklə, quşlar üçün təbii qidaların qıt olduğu dövrlərdə
QİDA QITLIĞI ZAMANI QUŞLARI QİDALANDIRMAQ
İlin doğru vaxtında lazımi qidanı yerləşdirməklə, quşlar üçün təbii qidaların qıt olduğu dövrlərdə yaşamağa, həmçinin yaxşı vəziyyətdə qalmağa və yazda çoxalmağa hazır olmağa kömək edə bilərsiniz. Bunun müqabilində isə bağçanıza yem üçün gələn quşların gözəl mənzərəsini əldə edəcəksiniz.
Baharı hər il bağçanızda və ya eyvanınızda canlandırın!
QUŞLARA-DOST BAĞÇA/EYVAN
Baharı hər il bağçanızda və ya eyvanınızda canlandırın! Köçəri quşların gəlişi, həyatın sürətlə davam etdiyi zaman, fəsillərin dəyişilməsinə bir işarədir. Təbiətə çıxın, zövq alın və qarşılığında ona bir yaxşılıq edin.
Vəhşi təbiətə vurulan zərərdən narahatsınız, ancaq bu barədə nə edəcəyinizi bilmirsiniz?
YAŞADIĞINIZ ƏRAZİ ÜÇÜN TƏŞVİQAT
Vəhşi təbiətə vurulan zərərdən narahatsınız, ancaq bu barədə nə edəcəyinizi bilmirsiniz? Bəlkə təbiətdən zövq almaq üçün ən sevimli yeriniz var və qorunduğundan əmin olmaq istəyirsiniz?
Put simply, citizen science is scientific research conducted by people who are not professional scientists. Some of the biggest discoveries in the world have been made by people without official scientific qualifications or funding.
Bir çox quş ağac oyuqlarında yuva qurur. Ancaq müasir meşəçilik üsulları və şəhərlərdə təhlükəsizlik baxımından köhnə ağacların kəsilməsi, quşların yuva qura biləcəyi oyuqlar olan ağacların daha az olması deməkdir.