QİDA QITLIĞI ZAMANI QUŞLARI QİDALANDIRMAQ

İlin doğru vaxtında lazımi qidanı yerləşdirməklə, quşlar üçün təbii qidaların qıt olduğu dövrlərdə yaşamağa, həmçinin yaxşı vəziyyətdə qalmağa və yazda çoxalmağa hazır olmağa kömək edə bilərsiniz. Bunun müqabilində isə bağçanıza yem üçün gələn quşların gözəl mənzərəsini əldə edəcəksiniz.

İlin doğru vaxtında lazımi qidanı yerləşdirməklə, quşlar üçün təbii qidaların qıt olduğu dövrlərdə yaşamağa, həmçinin yaxşı vəziyyətdə qalmağa və yazda çoxalmağa hazır olmağa kömək edə bilərsiniz. Bunun müqabilində isə bağçanıza yem üçün gələn quşların gözəl mənzərəsini əldə edəcəksiniz.

Quşları qidalandırmaq üçün müxtəlif qarışıqlar, qidalandırıcılar və yemləmə qabları var. Qoz-fındıq qarışıqları yalnız qış üçün uyğundur, çünki bu cür qida yuvada bala quşları boğa bilər.

Darı kimi kiçik toxumlar dam sərçəsi, meşə zövzəyi, hörücülər, qamışlıq vələmirquşu və yaxalıqlı qurqur kimi quşları cəlb edir. Qabıqlı yulaf və qarğıdalı dənləri kimi böyük toxum və dənli bitkilər bir çox quş tərəfindən yeyilir.

Günəbaxan toxumları əla illik bir qidadır. Zolaqlılara nisbətən qara rəngli tumların yağ tərkibi daha yüksəkdir.

Fıstıq yağlarla zəngindir və arı quşları, yaşılca, dam sərçəsi, sittalar, iri əlvan ağacdələn və yalançı bülbül kimi növlər arasında məşhurdur. Quşlara duzlu və ya quru qovrulmuş dən verməyin, çünki duz onları öldürə bilər. Fıstığın tərkibində isə quşları öldürə bilən təbii toksin ola bilər, buna görə onu etibarlı satıcıdan satın alın.

Yağ yumruları əla qış qidasıdır. Əridilmiş heyvan yağını toxum, qoz-fındıq, quru meyvələr, yulaf, pendir qarışığına tökərək öz quş tortunuzu edə bilərsiniz. Qarışığın üçdə ikisini, yağın üçdə birini istifadə edin. Bir qabda yaxşıca qarışdırın və boş qaba yerləşdirin. Qızartmadan qalan köhnə yağları istifadə etməyin, çünki çox yumşaq olacaq və quş lələklərini ləkələyə bilər.

Quşların qida tapmasını asanlaşdırın

Yumşaq və ya zədələnmiş alma və armud budaqlarını qaratoyuqlar üçün ağacların altına qoyun.

Bağçanızda boş yer varsa  quşların yediyi giləmeyvələr verən kollar, məsələn yemişan əkin.

Sarmaşıq kimi bitkilər çox sayda quşun ovlayacağı kiçik həşərat və hörümçəklərə məskəndir.

Çaytikanı və qanqal kimi yabanı bitkilərin toxumları hörücüləri cəlb edəcəkdir. Bağınızda günəbaxan və ya dekorativ çiçək növlərini yetişdirə və quşlar üçün yeməyə toxum başlarını buraxa bilərsiniz.

Otları biçmək və torpağın çılpaq yerinin görsənməsinə imkan vermək , qaratoyuqlar, Avropa şəfəq bülbülü və meşə zövzəyi kimi növlərə qurd və digər kiçik heyvanlarla qidalanmağa imkan verəcəkdir.

Quşlar içmək və çimmək üçün suya ehtiyac duyurlar. Suyun tökülməsi, quru isti havalarda və qışda suların donması zamanı xüsusilə vacibdir. Su qabının divarları mailli və kobud səthli olmalıdır ki, quşlar sürüşməsin və boğulmasın.

Quş-yem qablarının gigiyenası

Bəslənmək üçün çox sayda quş kiçik bir əraziyə yığıldıqda xəstəlik təhlükəsi artır. Əksər xəstəliklər nəcislə ötürülür. Nəcis qida və ya su ilə qarışsa, quşlar infeksiya ala bilər.

 

Threats and hazards to migrating birds
Quş yem qabı Foto  RSPB onlayn mağazasına aiddir.

Bağ quşlarınızın sağlam qalması üçün ən yaxşı tövsiyyələr

Köhnəlmiş və ya kiflənmiş qidaları dərhal kənarlaşdırın, çünki bu, quşların xəstələnməsinə və ya ölməsinə səbəb olan mikroblar üçün əlverişli, qidalı mühit yaradır. Yemək mütəmadi olaraq köhnəlir və ya kiflənirsə, daha az qoyun.

Torpağn üzərinə yem qabı qoymaq, yeməyi birbaşa yerə qoymaqdan daha yaxşıdır, çünki onu təmiz saxlamaq daha asandır. Gecə yerdə qalan qida siçovulları cəlb edə bilər.

Quş yem və asma qida qablarını mütəmadi olaraq təmizləyin və yuyun (ideal olaraq 5%-li dezinfeksiyaedici həlledici istifadə edərək) və yemləmə yerini hər ay yeni bir yerə köçürün.

Su qabları gündəlik, xüsusilə də isti aylarda tez-tez yuyulmalıdır. Onları bezlər və fırçalar istifadə edərək kənarda təmizləyin. Təmizləmə aparan zaman əlcək geyinin, xüsusən də xəstə və ya ölü quşun qutusunu və yem qabını təmizləmək lazımdırsa.


Other Themes

Quşların pəncərəmə çırpılmasını necə dayandıra bilərəm?

ŞÜŞƏ İLƏ TOQQUŞMA

Tanış toqquşma səsi eşidərək, pəncərənizdə quş izini tapmaq üçün qaçmaq ürəksıxıcı bir hissdir.

Learn more

Yaxşı quş müşahidəçisi olmaq üçün ən yaxşı 10 məsləhətimiz

YAXŞI QUŞ MÜŞAHİDƏÇİSİ NECƏ OLMALI

Quş müşahidəsinin nə qədər əyləncəli ola biləcəyini eşitmisiniz və ilk dəfədən sonra bu işi sevib, davam etdirmək istəyirsiz. Lakin tələsməyin! Əvvəlcə bilməli olduğunuz bəzi vacib tövsiyyələr var.

Learn more

Kənd qaranquşları dünyanın ən geniş yayılmış və tanınan quşlarından biridir.

QONŞULUĞUMDAKI QARANQUŞLAR

Kənd qaranquşları dünyanın ən geniş yayılmış və tanınan quşlarından biridir. Gəlin onlarla tanış olaq! :)

Learn more

Quş balasını yerdə görürük və onun tək, köməksiz, kiçik, üşüyən, sevimli və tüklü olduğunu düşünürük

BALA QUŞ TAPMIŞAM! NƏ ETMƏLİYƏM?

Quş balasını yerdə görürük və onun tək, köməksiz, kiçik, üşüyən, sevimli və tüklü olduğunu düşünürük ... onu xilas etmək istəyinə qarşı çıxmaq çətindir.

Learn more

Ən tanınan, geniş yayılmış köçəri quşlarımızın bəziləri təhlükədədir.

KÖÇƏRİ QUŞLARA MANEƏ VƏ TƏHLÜKƏLƏR

Ən tanınan, geniş yayılmış köçəri quşlarımızın bəziləri təhlükədədir. Məsələn, bugün uşaqlar ququ quşunun səsini valideynlərindən az, nənə və babalarından isə daha az eşidirlər.

Learn more

Baharı hər il bağçanızda və ya eyvanınızda canlandırın!

QUŞLARA-DOST BAĞÇA/EYVAN

Baharı hər il bağçanızda və ya eyvanınızda canlandırın! Köçəri quşların gəlişi, həyatın sürətlə davam etdiyi zaman, fəsillərin dəyişilməsinə bir işarədir. Təbiətə çıxın, zövq alın və qarşılığında ona bir yaxşılıq edin.

Learn more

Vəhşi təbiətə vurulan zərərdən narahatsınız, ancaq bu barədə nə edəcəyinizi bilmirsiniz?

YAŞADIĞINIZ ƏRAZİ ÜÇÜN TƏŞVİQAT

Vəhşi təbiətə vurulan zərərdən narahatsınız, ancaq bu barədə nə edəcəyinizi bilmirsiniz? Bəlkə təbiətdən zövq almaq üçün ən sevimli yeriniz var və qorunduğundan əmin olmaq istəyirsiniz?

Learn more

CITIZEN SCIENCE FOR BIRDS

Put simply, citizen science is scientific research conducted by people who are not professional scientists. Some of the biggest discoveries in the world have been made by people without official scientific qualifications or funding.

Learn more

Leyləklər yuvaları üçün materiallar toplayarkən təhlükəli ola biləcəyini bilmədən müxtəlif

LEYLƏK YUVALARININ ƏTRAFINI TƏMİZLƏMƏK

Leyləklər yuvaları üçün materiallar toplayarkən təhlükəli ola biləcəyini bilmədən müxtəlif tullantı əşyaları gətirə bilərlər.

Learn more

Bir çox quş ağac oyuqlarında yuva qurur.

YUVA QUTULARI

Bir çox quş ağac oyuqlarında yuva qurur. Ancaq müasir meşəçilik üsulları və şəhərlərdə təhlükəsizlik baxımından köhnə ağacların kəsilməsi, quşların yuva qura biləcəyi oyuqlar olan ağacların daha az olması deməkdir.

Learn more

Other Spring Alive websites